Fast and Furious

“Fast and Furious” kateqoriyası üzrə yarış 10-16 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarış robotların ağ sahədə qara xətti və ya qara sahədə ağ xətti müstəqil şəkildə sürətli izləməsi üçün nəzərdə tutulmuşdur. Sənaye sahəsində müstəqil xətt izləyən bu robotlar məhsulları davamlı olaraq daşımaq üçün istifadə olunur. Görüləcək iş - robotları  verilən tapşırığı yerinə yetirəcək formada hazırlamaq və proqramlaşdırmaqdan ibarətdir. 

Yaş limiti: 10-16 (1 dekabr 2025-ci ilə qədər 17 yaşı tamam olmayanlar,  1 noyabr 2025-ci ilə qədər 10 yaşı tamam olanlar.)

2 şagird və 1 mentor

Qazanılan bacarıqlar
Robot hazırlanması: sensor, mikroçip, motor və enerji sistemlərinin inteqrasiyası

Elektronika və sxem dizaynı: motor sürücüləri, sensor bağlantısı, enerji dövrləri

Proqramlaşdırma: mikroidarəedici (məs. Arduino) ilə PID idarəetmə alqoritmləri

Sensorlarla iş: xətt izləyən optik sensorlar, rəng tanıma modulları

PID nəzarət: sürət, istiqamət və döngə sabitliyinin idarə olunması

Həndəsi analiz və hesablamalar: döngələrdə radius hesablama, optimal xətt təhlili

3D çap və lazer kəsim: gövdə və korpusun hazırlanması üçün dizayn və istehsal

Motor və reduktorlar: yüksək sürətli mühərriklər və ötürmə sistemləri ilə təcrübə

Mexaniki montaj və sınaq: robotun yığılması və test mərhələləri

Fənlərarası inteqrasiya
Riyaziyyat: məsafə, sürət, döngə radiusları və vaxt hesablamaları

Fizika: hərəkət qanunları, sürtünmə, qüvvə, enerji və kinetika

İnformatika: alqoritm qurma, mikroidarəedici proqramlaşdırması (C/C++)

Texnologiya:  3D modelləmə, lazer kəsim, mexaniki dizayn

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə