Rolling minds

“Rolling minds” kateqoriyası üzrə yarış 8-10 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarış beyin fəaliyyətini stimullaşdırır, analitik düşüncə, üçölçülü təsəvvür və əməkdaşlıq kimi qabiliyyətləri inkişaf etdirməyə təşviq edir. Eyni zamanda tədqiqat ruhunu gücləndirən bu yarış, uşaqların öyrəndiklərini praktik şəkildə tətbiq etməklə biliklərini möhkəmləndirmələrinə imkan yaradır və onların gələcəkdə daha kompleks problemlərlə mübarizə aparmaq bacarıqlarını artırır.

Yaş limiti: 8-10 (1 dekabr 2025-ci ilə qədər 11 yaşı tamam olmayanlar. 1 noyabr 2025-ci ilə qədər 8 yaşı tamam olanlar.)

Tezliklə

2 şagird 1 mentor

Qazanılan bacarıqlar
Qazanılan bacarıqlara məntiqi və analitik düşüncə, məkan təfəkkürü və koordinasiya, problem həll etmə, fiziki qanunların tətbiqi, alqoritmik və sistemli düşüncə, rəqəmsal alətlərlə işləmə, coğrafi anlayışların tətbiqi, planlaşdırma və strukturlaşdırma, eləcə də tənqidi və səbəb-nəticə yönümlü düşünmə bacarıqları daxildir.

Fənlərarası inteqrasiya
Riyaziyyat və məntiq – Mərmərin trayektoriyasının qurulması zamanı məntiqi düşüncə, məkan təfəkkürü və problem həll etmə bacarıqları inkişaf etdirilir.

Fizika – Mərmərin hərəkəti vasitəsilə cazibə qüvvəsi, sürət və enerji kimi anlayışlar praktik şəkildə tətbiq olunur.

İnformatika və rəqəmsal bacarıqlar – Hərəkət marşrutunun planlaşdırılması və təhlili rəqəmsal vasitələrlə həyata keçirilir; alqoritmik düşüncə formalaşır (Cuboro-Webkit, Cuboro Draw vasitəsilə).

Coğrafiya – Trayektoriya "marşrut" anlayışı ilə əlaqələndirilir, yuxarı və aşağı axın, maneə kimi coğrafi anlayışlar tətbiq olunur.

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə