Rolling minds
“Rolling minds” kateqoriyası üzrə yarış 8-10 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarış beyin fəaliyyətini stimullaşdırır, analitik düşüncə, üçölçülü təsəvvür və əməkdaşlıq kimi qabiliyyətləri inkişaf etdirməyə təşviq edir. Eyni zamanda tədqiqat ruhunu gücləndirən bu yarış, uşaqların öyrəndiklərini praktik şəkildə tətbiq etməklə biliklərini möhkəmləndirmələrinə imkan yaradır və onların gələcəkdə daha kompleks problemlərlə mübarizə aparmaq bacarıqlarını artırır.
Yaş limiti: 8–10 (1 noyabr 2026-cı il tarixinə qədər 8 yaşı tamam olan və 11 yaşı tamam olmayan şəxslər)
Tezliklə
2 şagird 1 mentor
Qazanılan bacarıqlar
Qazanılan bacarıqlara məntiqi və analitik düşüncə, məkan təfəkkürü və koordinasiya, problem həll etmə, fiziki qanunların tətbiqi, alqoritmik və sistemli düşüncə, rəqəmsal alətlərlə işləmə, coğrafi anlayışların tətbiqi, planlaşdırma və strukturlaşdırma, eləcə də tənqidi və səbəb-nəticə yönümlü düşünmə bacarıqları daxildir.
Fənlərarası inteqrasiya
Riyaziyyat və məntiq – Mərmərin trayektoriyasının qurulması zamanı məntiqi düşüncə, məkan təfəkkürü və problem həll etmə bacarıqları inkişaf etdirilir.
Fizika – Mərmərin hərəkəti vasitəsilə cazibə qüvvəsi, sürət və enerji kimi anlayışlar praktik şəkildə tətbiq olunur.
İnformatika və rəqəmsal bacarıqlar – Hərəkət marşrutunun planlaşdırılması və təhlili rəqəmsal vasitələrlə həyata keçirilir; alqoritmik düşüncə formalaşır (Cuboro-Webkit, Cuboro Draw vasitəsilə).
Coğrafiya – Trayektoriya "marşrut" anlayışı ilə əlaqələndirilir, yuxarı və aşağı axın, maneə kimi coğrafi anlayışlar tətbiq olunur.
Açıqlama Tarix Seçim turu Tezliklə Layihələri yerləşdirmək üçün son tarix Tezliklə Seçim turunun nəticələrini açıqlanması Tezliklə
- RoboGames kids
- Engineers of Future: Powered by AI
- VidX: AI Motion Challenge
- Robot Competition Junior
- Mechatronics
- RoboGames
- Boat Racing
- H2 Grand Prix PRO
- FlyTech
- Robot Competition Senior
- Deep Dive
- Rolling minds
- CubeSat
- Fast and Furious
- RoboSoccer
- Innovation and Entrepreneurship
- NextGen Creators
- Mini Sumo
- FPV Drone Racing
- FPV Drone Racing Yaş aralığı 13-17
- FPV Drone Racing Yaş aralığı 17-25
- Innovation and Entrepreneurship Yaş aralığı 13-17
- Innovation and Entrepreneurship Yaş aralığı 17-25