Haqqımızda

Cover image
 

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” ın təşkilatçılığı ilə həyata keçirilir.

Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı və innovativ gənclərin aşkara çıxarılması, eləcə də innovativ həllərin və layihələrin hazırlanmasının təşviq edilməsidir. Bu layihələr ətraf mühitin qorunması, su ehtiyatlarından səmərəli istifadə və alternativ enerji mənbələrindən düzgün istifadəyə yönəlmişdir.

STEAM Azərbaycan Festivalı ilk dəfə 9–10 dekabr 2021-ci il tarixlərində keçirilmişdir. STEAM təhsil metodu beş əsas istiqamətin elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math)  inteqrasiya olunmuş şəkildə tədrisinə əsaslanır. Bu yanaşma şagirdlərin analitik düşünmə, problem həll etmə, yaradıcılıq və əməkdaşlıq bacarıqlarının inkişafına xidmət edir.

Festival çərçivəsində ölkədə fəaliyyət göstərən ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak edə bilərlər.

Qeydiyyatın başlandığı tarix elan edildikdən sonra komandalar müvafiq qaydalarla tanış olaraq seçdikləri kateqoriya üzrə festivalın rəsmi veb-səhifəsi vasitəsilə qeydiyyat formasını doldura bilərlər.