Mini Sumo
“Mini Sumo” kateqoriyası şagirdlərə robototexnika sahəsində bilik və bacarıqlarını həm nümayiş etdirmək, həm də inkişaf etdirmək imkanı yaradan rəqabətli yarışlardan biridir. Bu kateqoriyada iştirakçılar mühəndislik düşüncəsi, proqramlaşdırma bilikləri və mexaniki dizayn bacarıqlarından istifadə edərək müəyyən edilmiş qaydalara uyğun tam avtonom robotlar hazırlayırlar. Yarış zamanı robotlar Dohyo adlanan dairəvi arenada qarşılaşaraq rəqibi arenadan kənarlaşdırmaq məqsədilə mübarizə aparırlar.
Robotların dueli yarışları şagirdlərdə tənqidi və məntiqi düşünmə, problem həll etmə, strateji yanaşma və sürətli qərarvermə bacarıqlarını inkişaf etdirir. Eyni zamanda bu kateqoriya 4C bacarıqlarının — yaradıcılıq, tənqidi düşünmə, ünsiyyət və əməkdaşlığın — formalaşmasına töhfə verir, iştirakçılara real mühəndislik təcrübəsi qazanmaq və texnoloji problemlərə innovativ həllər tapmaq imkanı yaradır.
Yaş limiti: 12–17 (1 noyabr 2026-cı il tarixinə qədər 12 yaşı tamam olan və 18 yaşı tamam olmayan şəxslər)
Tezliklə
1 mentor və 2 iştirakçı
Qazanılan bacarıqlar
"Mini Sumo" kateqoriyası şagirdlərə robototexnika sahəsində bilik və bacarıqlarını həm nümayiş etdirmək, həm də inkişaf etdirmək imkanı yaradan rəqabətli yarışlardan biridir. Bu kateqoriyada iştirakçılar mühəndislik düşüncəsi, proqramlaşdırma bilikləri və mexaniki dizayn bacarıqlarından istifadə edərək müəyyən edilmiş qaydalara uyğun tam avtonom robotlar hazırlayırlar. Yarış zamanı robotlar Dohyo adlanan dairəvi arenada qarşılaşaraq rəqibi arenadan kənarlaşdırmaq məqsədilə mübarizə aparırlar.
Müsabiqənin əsas məqsədi iştirakçılarda sensor inteqrasiyası, hücum-müdafiə alqoritmlərinin yazılması və mexaniki konstruksiyanın optimallaşdırılması kimi texniki bacarıqları inkişaf etdirir. Eyni zamanda bu kateqoriya analitik və tənqidi düşünmə, strateji yanaşma, sürətli qərarvermə və komanda ilə işləmə kimi XXI əsr bacarıqlarının — yaradıcılıq, tənqidi düşünmə, ünsiyyət və əməkdaşlığın formalaşmasına töhfə verir, iştirakçılara real mühəndislik təcrübəsi qazanmaq imkanı yaradır.
Fənlərarası inteqrasiya
Riyaziyyat - Robotun ölçülərinin hesablanması, hərəkət bucaqlarının müəyyən edilməsi
Fizika - Qüvvə, sürət, sürtünmə əmsalı, akkumulyatorun tutumu və güc itkisi
İnformatika - Rəqib axtarış alqoritmi, if/else, while, for strukturları ilə davranış idarəetməsi, Arduino/C++ dilində proqramlaşdırma
Coğrafiya / Strateji - Meydançada mövqe almaq, künclərdən istifadə, hücum istiqamətinin seçilməsi
Tezliklə
- RoboGames kids
- Engineers of Future: Powered by AI
- VidX: AI Motion Challenge
- Robot Competition Junior
- Mechatronics
- RoboGames
- Boat Racing
- H2 Grand Prix PRO
- FlyTech
- Robot Competition Senior
- Deep Dive
- Rolling minds
- CubeSat
- Fast and Furious
- RoboSoccer
- Innovation and Entrepreneurship
- NextGen Creators
- Mini Sumo
- FPV Drone Racing
- FPV Drone Racing Yaş aralığı 13-17
- FPV Drone Racing Yaş aralığı 17-25
- Innovation and Entrepreneurship Yaş aralığı 13-17
- Innovation and Entrepreneurship Yaş aralığı 17-25