NextGen Creators

“NextGen Creators” kateqoriyası şagirdlərə şəhərsalma və müasir texnologiyalar sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək imkanı yaradır. Müsabiqə çərçivəsində iştirakçılar oyun əsaslı öyrənmə yanaşmasından istifadə edərək, real şəhər mühitinə uyğun innovativ və funksional şəhər prototipləri dizayn və inşa edəcəklər. Bu proses zamanı şagirdlər 3D modelləşdirmə və 3D çap texnologiyalarından istifadə etməklə öz ideyalarını fiziki modelə çevirəcəklər.

Bu müsabiqənin əsas məqsədi şagirdlərin şəhərsalma, mühəndislik və dizayn prinsiplərini praktik şəkildə tətbiq etmələrinə şərait yaratmaq, həmçinin onların analitik düşünmə, məkan təxəyyülü, problemlərin həlli və innovativ yanaşma bacarıqlarını inkişaf etdirməkdir. İştirakçılar şəhər infrastrukturu, planlaşdırma və funksional mühit qurulması kimi əsas aspektləri nəzərə alaraq kompleks həllər təqdim edəcəklər.

Yaş limiti: 13–15 (1 noyabr 2026-cı il tarixinə qədər 13 yaşı tamam olan və 16 yaşı tamam olmayan şəxslər)

Tezliklə

2 şagird və 1 mentor

Qazanılan bacarıqlar
Şagirdlər 3D printerin iş prinsipi və optimal çap parametrləri ilə tanış olurlar. Nozzle temperaturu, qat qalınlığı və sürət kimi amillərin çap keyfiyyətinə təsirini öyrənirlər. Texniki problemləri müəyyən edir və onlar üçün effektiv həll yolları tətbiq edirlər.

3D modelləşdirmə proqramlarından istifadə bacarıqları inkişaf edir, məkan təfəkkürü, ölçü dəqiqliyi və funksional dizayn vərdişləri formalaşır. Prototiplərin planlaşdırılması zamanı ölçü uyğunluğu və montaj ardıcıllığı anlayışlarını mənimsəyirlər. Estetik və funksional dizayn arasında balans qurmağı öyrənirlər.

Şagirdlər şəhər mühitinin planlaşdırılması, zonalaşdırma (yaşayış, ictimai və digər sahələr), nəqliyyatın təşkili və ümumi mühitin funksional qurulması kimi bacarıqları inkişaf etdirirlər.

Simulyasiya və oyun əsaslı yanaşma vasitəsilə resursların idarə olunması, əhali artımının planlaşdırılması və müxtəlif şəhər inkişaf ssenarilərinin təhlili üzrə təcrübə qazanırlar.

Bu proses nəticəsində şagirdlər strateji düşünmə, planlaşdırma, qərarvermə və problem həll etmə bacarıqlarını inkişaf etdirərək optimal həllər seçməyi öyrənirlər.

Fənlərarası inteqrasiya
Fizika
Şəhər mühitində istifadə olunan texniki sistemlərin ümumi iş prinsipləri və gündəlik tətbiqləri.

Riyaziyyat
Koordinat sistemi, ölçü dəqiqliyi, miqyas (scale), sahə və həcm hesablamaları. Şəhər planlaşdırılmasında məntiqi və funksional bölgü.

Texnologiya
3D modelləşdirmə, 3D çap texnologiyaları və şəhər prototiplərinin hazırlanması. Rəqəmsal dizaynın fiziki modelə çevrilməsi.

İnformatika
Simulyasiya mühitlərində şəhər planlaşdırılması, resursların idarə olunması və nəticələrin təhlili. Oyun əsaslı öyrənmə vasitəsilə sistemli düşünmə və optimallaşdırma.

AçıqlamaTarix
Layihələri yerləşdirmək üçün son tarix
 
 
Tezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə