Deep Dive
“Deep Dive” kateqoriyası üzrə yarış 13-24 yaşlı məktəbli və tələbələr üçün nəzərdə tutulub. Sualtı dronlar yarışının məqsədi gəncləri və texnologiya həvəskarlarını STEAM bacarıqlarını tətbiq etməyə, süni intellektlə təcrübə aparmağa, gələcəyin texnologiyalarının iş prinsiplərini araşdırmağa, mühəndislik təcrübələrini və müstəqil düşünmə qabiliyyətini inkişaf etdirərək nəticəyə nail olmağa təşviq etməkdir. Bu kateqoriyada iştirakçılar sualtı dronlarını hazırlayır və yarış zamanı suyun altında yerləşdirilən halqalardan keçərək finiş xəttinə çatırlar. İkinci mərhələdə isə iştirakçılar su altında təmizlik aparırlar.
Yaş limiti: 13–24 (1 noyabr 2026-cı il tarixinə qədər 13 yaşı tamam olan və 25 yaşı tamam olmayan şəxslər)
Tezliklə
3 şagird və 1 mentor
Qazanılan bacarıqlar
“Deep Dive” texnoloji müsabiqəsinin məqsədi məktəbliləri və gənc texnologiya həvəskarlarını STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətləri üzrə bilik və bacarıqları mənimsəməyə, süni intellekt texnologiyalarını praktiki şəkildə tətbiq etməyə, müasir texnoloji sistemlərin iş prinsiplərini araşdırmağa və mühəndislik təcrübələri əsasında yaradıcı həllər formalaşdırmağa təşviq etməkdir. Eyni zamanda iştirakçılarda analitik düşüncə, problem həll etmə və komandada işləmə kimi XXI əsr bacarıqları da inkişaf etdirilir.
Müsabiqə müddətində iştirakçılara nəzəri və praktiki hazırlıq məqsədilə müvafiq təlimlər təşkil olunacaq, bu da onların layihələndirmə, proqramlaşdırma və ətraf mühitlə bağlı texnoloji həllər sahəsində biliklərini dərinləşdirməyə xidmət edəcəkdir.
Fənlərarası inteqrasiya
Fizika – hərəkət və qüvvə qanunları, maye mühitdə müqavimət və təzyiq anlayışları;
Riyaziyyat – ölçmələr, nisbət və miqyas, koordinat sistemində məkan analizləri;
İnformatika – idarəetmə alqoritmləri, sensor məlumatlarının toplanması və emalı;
Texnologiya – texniki dizayn, mexaniki yığım, material seçimi və enerji mənbələrinin istifadəsi;
Biologiya – sualtı mühitin xüsusiyyətləri, təbiətin qorunması və dayanıqlı texnologiyaların tətbiqi.
Açıqlama Tarix Seçim turu Tezliklə Layihələri yerləşdirmək üçün son tarix Tezliklə Video təqdimatların yüklənməsi üçün son tarix Tezliklə Seçim turunun nəticələrini açıqlanması Tezliklə
- RoboGames kids
- Engineers of Future: Powered by AI
- VidX: AI Motion Challenge
- Robot Competition Junior
- Mechatronics
- RoboGames
- Boat Racing
- H2 Grand Prix PRO
- FlyTech
- Robot Competition Senior
- Deep Dive
- Rolling minds
- CubeSat
- Fast and Furious
- RoboSoccer
- Innovation and Entrepreneurship
- NextGen Creators
- Mini Sumo
- FPV Drone Racing
- FPV Drone Racing Yaş aralığı 13-17
- FPV Drone Racing Yaş aralığı 17-25
- Innovation and Entrepreneurship Yaş aralığı 13-17
- Innovation and Entrepreneurship Yaş aralığı 17-25