Haqqımızda
STEAM Azərbaycan Festivalı
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə həyata keçirilir. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir. STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. STEAM təhsil metodu 5 əsas disiplinin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. Festivalda iştirak üçün qeydiyyatın başlandığı tarix elan edildikdən sonra komandalar müvafiq kateqoriyalar üzrə qaydalarla tanış ola və müraciət etmək istədikləri kateqoriya üzrə festivalın rəsmi veb-səhifəsində qeydiyyat formasını doldura bilərlər.


SAF statistika





Tədbirin spikerləri
SALAMLAMA NİTQİ

Emin Əmrullayev
Elm və Təhsil naziri
Beynəlxalq STEAM Azərbaycan Festivalı gənc nəsillərin elm və texnologiya sahələrindəki inkişafını dəstəkləmək, onların yaradıcı düşüncə və innovasiya bacarıqlarını artırmaq məqsədini daşıyan mühüm bir festivaldır.

İqrar Nəzərov
“STEAM Azərbaycan” layihəsinin rəhbəri
"STEAM Azərbaycan" layihəsi olaraq məqsədimiz, gənc nəsilləri yalnız nəzəri biliklərlə deyil, həm də praktik təcrübələrlə inkişaf etdirməkdir. Beynəlxalq STEAM Azərbaycan Festivalı dünyada və Azərbaycanda STEAM təhsili və texnologiyalarının təbliği baxımından mühüm bir festivala çevrilmişdir.

Azərbaycanı kəşf edin
Azərbaycan
Azərbaycanın zəngin tarixini, mədəniyyətini və təbii gözəlliklərini kəşf edin.

Paytaxtı ziyarət edin
Bakı
Bakının cazibəsini, onun simvolik yerlərini və canlı şəhər həyatını kəşf edin. Tədqiq etmək üçün klikləyin.

Səyahətinizi Planlayın
Yerləşdirmə
İstirahətinizi rahat etmək üçün ən yüksək reytinqli yerləri tapın. Tövsiyələrə baxın.

Səyahət məsləhətləri
Viza
Viza tələbləri haqqında sizə lazım olan bütün məlumatları əldə edin. Ətraflı məlumat üçün bura klikləyin.

Ləzzəti dadın
Qastronomiya
Azərbaycanın ləzzətli dadlarını və ənənəvi mətbəxini dadın. İndi kəşf edin.

Təməl sözləri öyrənin
Faydalı Lüğət
Səyahətiniz üçün əsas ifadələri və lüğəti mənimsəyin. Bu gün öyrənməyə başlayın.

Son Xəbərlər
Bizdən ən son yeniliklər və xəbərlər

Beynəlxalq STEAM Azərbaycan Festivalına son 100 gün qaldı!



Beynəlxalq STEAM Azərbaycan Festivalında könüllü kimi fəaliyyət göstərmək fürsətini qaçırmayın!
Beynəlxalq STEAM Azərbaycan Festivalında könüllü kimi fəaliyyət göstərmək fürsətini qaçırmayın!

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat başladı!
Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat başladı!
Dünyanın müxtəlif ölkələrindən yüzlərlə gənc texnologiya, elm, mühəndislik və yaradıcılığı bir araya gətirən bu möhtəşəm festivalda bir araya gələcək.
Hər il olduğu kimi, bu il də bir-birindən maraqlı və rəngarəng yarış kateqoriyaları ilə Beynəlxalq STEAM Azərbaycan Festivalı öz iştirakçılarının yolunu gözləyir!
