Mechatronics
“Mechatronics” kateqoriyası üzrə yarış 12-16 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Mexatronika müasir dünyada inkişaf etmiş mühəndislik sahəsinin qabaqcıl istiqamətlərindən biridir. Sürətlə təkmilləşən texnologiyalardan asılı olaraq bir çox sahə ilə əlaqəli olan mexatronika, demək olar ki, hər evdə istifadə olunan innovativ cihazların istehsalında tətbiq olunur. Bu yarışda şagirdlər mühəndislik və mexatronika bacarıqlarını nümayiş etdirərək STEAM əsaslı öyrənməni tətbiq edirlər. Paylanmış taxta, plastik və metal hissələrdən ibarət dəstlərdən yaradılmış enerji mənbəyi və sürücüsü olmayan kiçik prototiplər yarış stendində çıxış edir və ən yaxşı mühəndislik həllini sərgiləyən komanda qalib gəlir.
Yaş limiti: 12–16 (1 noyabr 2026-cı il tarixinə qədər 12 yaşı tamam olan və 17 yaşı tamam olmayan şəxslər)
Tezliklə
2 şagird və 1 mentor
Qazanılan bacarıqlar
“Mexatronika” texnoloji müsabiqəsi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) sahələri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Mexatronikanın öyrənilməsi müasir texnologiyalarla işləyərək avtomatika, robototexnika və intellektual sistemlərin inkişafına töhfə vermək baxımından əhəmiyyətlidir. Bu sahə mühəndislik, elektronika və proqramlaşdırmanı birləşdirərək sənaye və gündəlik həyat üçün innovativ həllərin yaradılmasına imkan verir.
Bu kateqoriyanın məqsədi aşağıdakı bacarıqları formalaşdırmaqdır:
3D modelləşdirmə və rəqəmsal texnologiyalardan istifadə;
Elektron sistemlərin qurulması və elektronika sahəsinə aid detalları müəyyənləşdirmək bacarığı;
Hərəkətli və sabit mexaniki hissələrin hazırlanması və montajı;
3D printerdə detalların təyinatına uyğun hazırlanma qaydalarının öyrənilməsi;
Proqramlaşdırıla bilən platformalarda kodlaşdırma və layihələrin icrası;
Simsiz idarəetmə sistemləri ilə tanışlıq;
Thinkercad proqramı vasitəsilə müxtəlif layihələrin hazırlanması.
Fənlərarası inteqrasiya
Fizika – mexanika, qravitasiya müqaviməti, hərəkət qanunları, sürtünmə və mühərriklərin işləmə prinsipləri
Riyaziyyat – ölçmələr, məsafə-zaman-hərəkət əlaqələri, koordinat sistemində hesablamalar
İnformatika – idarəetmə alqoritmləri, sensor məlumatlarının işlənməsi
Texnologiya – dizayn, konstruktor yığımı, materialşünaslıq və enerji mənbələrinin tətbiqi
Açıqlama Tarix Seçim turu Tezliklə Layihələri yerləşdirmək üçün son tarix Tezliklə Seçim turunun nəticələrini açıqlanması Tezliklə
- RoboGames kids
- Engineers of Future: Powered by AI
- VidX: AI Motion Challenge
- Robot Competition Junior
- Mechatronics
- RoboGames
- Boat Racing
- H2 Grand Prix PRO
- FlyTech
- Robot Competition Senior
- Deep Dive
- Rolling minds
- CubeSat
- Fast and Furious
- RoboSoccer
- Innovation and Entrepreneurship
- NextGen Creators
- Mini Sumo
- FPV Drone Racing
- FPV Drone Racing Yaş aralığı 13-17
- FPV Drone Racing Yaş aralığı 17-25
- Innovation and Entrepreneurship Yaş aralığı 13-17
- Innovation and Entrepreneurship Yaş aralığı 17-25