RoboSoccer

RoboSoccer kateqoriyası üzrə yarış 10-16 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarış iştirakçılara mühəndislik və dizayn bacarıqlarından istifadə edərək öz robotlarını qurmağı və proqramlaşdırmağı təşviq edir. Yarış hər bir komandanın müstəqil şəkildə iştirak etdiyi və öz robotları üzərində işlədiyi bir fəaliyyətidir.İştirakçılar robotlarının daha effektiv işləməsi və daha uğurlu nəticə əldə etmək üçün robotlarını proqramlaşdırırlar.

Yaş limiti: 10–16 (1 noyabr 2026-cı il tarixinə qədər 10 yaşı tamam olan və 17 yaşı tamam olmayan şəxslər)

Tezliklə

2 şagird və 1 mentor

Qazanılan bacarıqlar
“RoboSoccer” texnoloji müsabiqəsi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Müsabiqə çərçivəsində iştirakçılar futbol oyunu prinsiplərinə əsaslanan robotları layihələndirir, qurur və proqramlaşdıraraq idarə edirlər. Bu proses zamanı şagirdlər tətbiqi mühəndislik vərdişləri, proqramlaşdırma bilikləri və problem həll etmə bacarıqları üzrə praktiki təcrübə qazanırlar.

Müsabiqənin əsas məqsədi analitik və tənqidi düşünmə, yaradıcı yanaşma, tədqiqat aparma və komanda ilə işləmə kimi XXI əsr bacarıqlarını inkişaf etdirmək, eyni zamanda iştirakçıları real həyatla əlaqəli texniki və mühəndislik problemlərinin həllinə cəlb etməkdir. İştirakçılar sınaqlar zamanı robotları müstəqil şəkildə proqramlaşdırmalı və oyunda effektiv idarə edərək rəqib komandanın qapısına qol vurmağa çalışmalıdırlar.

Fənlərarası inteqrasiya

Fizika – mexanika, hərəkət qanunları, impuls və toqquşma prinsipləri, sürtünmə və enerji mübadiləsi;

Riyaziyyat – ölçmələr, məsafə-zaman-hərəkət əlaqələri, koordinat sistemində hesablamalar və məntiqi analiz bacarıqları;

İnformatika – idarəetmə alqoritmləri, sensor məlumatlarının işlənməsi və robotların proqramlaşdırılması;

Texnologiya  – dizayn, konstruktor yığımı, materialşünaslıq və texniki bacarıqların tətbiqi;

AçıqlamaTarix
Seçim turuTezliklə
Layihələri yerləşdirmək üçün son tarix
 
 
Tezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə