FPV Drone Racing Yaş aralığı 13-17

“FPV Drone Racing” kateqoriyası şagirdlərə və gənclərə pilotsuz uçuş aparatları (PUA) texnologiyaları sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, eyni zamanda təcrübi vərdişlərini təkmilləşdirmək imkanı yaradan innovativ yarış formatıdır. Bu kateqoriya üzrə iştirakçılar mühəndislik prinsipləri, elektronika və aerodinamika biliklərindən istifadə edərək müəyyən edilmiş texniki reqlamentə uyğun FPV dronlar hazırlayır və onları real vaxt rejimində idarə edirlər.

Yarış zamanı pilotlar xüsusi hazırlanmış trayektoriya üzrə hərəkət edərək maneələri və qapıları minimum vaxt ərzində keçməklə maksimum dövrə vurmağa çalışırlar. Bu proses iştirakçılarda yüksək sürət, dəqiqlik və hərəkət koordinasiyası tələb edən praktiki bacarıqları formalaşdırır.

FPV dron yarışları iştirakçılarda analitik və məntiqi təfəkkürü, mürəkkəb problemlərin həlli və sürətli qərarvermə qabiliyyətini inkişaf etdirir. Eyni zamanda, bu kateqoriya 4C bacarıqlarının — yaradıcılıq (creativity), tənqidi düşünmə (critical thinking), ünsiyyət (communication) və əməkdaşlığın (collaboration) — gücləndirilməsinə xidmət edərək, gənclərə real mühəndislik və texnoloji çağırışlara innovativ yanaşma nümayiş etdirmək şansı verir.

Yaş limiti: 13–17 (1 noyabr 2026-cı il tarixinə qədər 13 yaşı tamam olan və 18 yaşı tamam olmayan şəxslər)

Tezliklə

1 şagird 1 mentor

Qazanılan bacarıqlar
“FPV Drone Racing” kateqoriyası şagird və gənclərə pilotsuz uçuş sistemləri sahəsində bilik və bacarıqlarını həm nümayiş etdirmək, həm də inkişaf etdirmək imkanı yaradan texnoloji yarışdır. Bu kateqoriyada iştirakçılar dron quruluşu, elektronika inteqrasiyası və uçuş idarəetməsi üzrə biliklərindən istifadə edərək müəyyən edilmiş qaydalara uyğun FPV dronlar hazırlayır və onları real vaxtda idarə edirlər.

Yarış zamanı pilotlar xüsusi qurulmuş trayektoriya üzrə yüksək sürət və dəqiqliklə uçuş həyata keçirir, maneələrdən keçərək maksimum sayda dövrə vurmağa çalışırlar. Bu proses iştirakçılarda aerodinamika anlayışı, sistem optimizasiyası və texniki problemlərin operativ həlli kimi mühəndislik bacarıqlarını inkişaf etdirir.

Müsabiqənin əsas məqsədi iştirakçılarda elektronika, uçuş dinamikası, siqnal ötürülməsi və sistem sazlanması üzrə praktiki biliklərin formalaşdırılmasıdır. Eyni zamanda bu kateqoriya analitik və tənqidi düşünmə, sürətli qərarvermə, diqqət və koordinasiya kimi XXI əsr bacarıqlarının — yaradıcılıq, texnoloji savadlılıq, ünsiyyət və məsuliyyətin inkişafına töhfə verir. İştirakçılar real mühəndislik və pilotluq təcrübəsi qazanırlar.

Fənlərarası inteqrasiya

Riyaziyyat – Uçuş trayektoriyasının hesablanması, dövrələrin optimallaşdırılması, sürət və zamanın təhlili

Fizika – Qaldırıcı qüvvə, sürət, hava müqaviməti, enerji sərfiyyatı və batareya performansı

İnformatika – Flight controller proqramlaşdırılması, PID tənzimləmələri, siqnal emalı və sistem sazlanması

Coğrafiya / Strategiya – Trayektoriya seçimi, maneələr arasında optimal yolun müəyyən edilməsi, yarış strategiyasının qurulması

Tezliklə