VidX: AI Motion Challenge
Bu yarışmada iştirakçılar təxəyyül güclərini inkişaf etdirəcək, hekayə qurmaq və texnologiyadan istifadə bacarıqlarını təkmilləşdirərək video animasiyalar yaradacaq və komanda şəklində çalışacaqlar. Bununla yanaşı, onlar montaj, ssenari yazma, çəkiliş texnikası və video montaj sahələrində bacarıqlarını artıracaqlar.
Yarışma çərçivəsində şagirdlər incəsənət bacarıqlarını yenidən kəşf edəcək, rəsm əsərləri və 2D animasiyalar hazırlayacaqlar. Yarışmanın əsas məqsədi iştirakçıların təxəyyül və hekayə yaratma qabiliyyətlərini gücləndirmək, incəsənət və rəqəmsal bacarıqların harmonik inkişafını təşviq etməkdir.
Yaş limiti: 9–12 (1 noyabr 2026-cı il tarixinə qədər 9 yaşı tamam olan və 13 yaşı tamam olmayan şəxslər)
Tezliklə
2 şagird və 1 mentor
Tezliklə
Qazanılan bacarıqlar
Yaradıcı düşüncə və təsəvvür – Orijinal hekayələr yazmaq, maraqlı personajlar yaratmaq və təsirli vizual məzmun hazırlamaq bacarığı inkişaf etdirilir.
Ədəbiyyat və yazılı ifadə – Ssenari və ya hekayə yazarkən dil qaydalarına uyğun, aydın və təsirli ifadə bacarığı formalaşır.
Rəqəmsal və texniki bacarıqlar – Video və animasiya proqramları ilə işləmək, rəqəmsal rəsmlər çəkmək və montaj bacarıqları inkişaf etdirilir.
Əməkdaşlıq və komanda işi – Komanda ilə birgə işləmək, ideya mübadiləsi aparmaq və müxtəlif rolları bölüşərək layihəni uğurla tamamlamaq bacarığı formalaşır.
Yaradıcı problem həlli – İdeyaların həyata keçirilməsi zamanı qarşıya çıxan texniki və məzmunla bağlı çətinliklərin effektiv şəkildə həll edilməsi öyrənilir.
Tədqiqat və informasiya işlənməsi – Seçilmiş mövzuya uyğun məlumat toplamaq və faktlardan düzgün şəkildə istifadə etmək bacarığı inkişaf etdirilir.
Fənlərarası inteqrasiya
İnformatika və Texnologiya – Video animasiyaların hazırlanması, rəqəmsal rəsmlərin çəkilməsi, montaj və səs dizaynı texnologiya biliklərinə əsaslanır.
Azərbaycan dili və ədəbiyyat – Hekayə və ssenari yazmaq, fikirləri ardıcıl və məntiqi şəkildə ifadə etmək üçün Azərbaycan dili və digər dillərdə bacarıqlardan istifadə olunur.
İncəsənət – Rəsm əsərlərinin hazırlanması, personaj dizaynı, rəng seçimi və vizual estetika incəsənət fənninin əsaslarını əhatə edir.
Riyaziyyat – Animasiya və video planlaşdırmasında zaman ölçüləri, hərəkət trayektoriyaları və ardıcıllıq anlayışları riyazi düşüncə ilə bağlıdır.
Mövzuya uyğun digər fənlər (Tarix, Coğrafiya, Biologiya və s.) – Layihələrin mövzusuna uyğun olaraq müxtəlif fənlərə dair fakt və anlayışlardan istifadə oluna bilər.
Açıqlama Tarix Qabiliyyət imtahanı Tezliklə Seçim turunun nəticələrini açıqlanması Tezliklə Video animasiya( Stop-motion) linkinin son yüklənmə tarixi Tezliklə
- RoboGames kids
- Engineers of Future: Powered by AI
- VidX: AI Motion Challenge
- Robot Competition Junior
- Mechatronics
- RoboGames
- Boat Racing
- H2 Grand Prix PRO
- FlyTech
- Robot Competition Senior
- Deep Dive
- Rolling minds
- CubeSat
- Fast and Furious
- RoboSoccer
- Innovation and Entrepreneurship
- NextGen Creators
- Mini Sumo
- FPV Drone Racing
- FPV Drone Racing Yaş aralığı 13-17
- FPV Drone Racing Yaş aralığı 17-25
- Innovation and Entrepreneurship Yaş aralığı 13-17
- Innovation and Entrepreneurship Yaş aralığı 17-25