FPV Drone Racing Yaş aralığı 17-25

“FPV Drone Racing” kateqoriyası şagird və gənclərə pilotsuz uçuş sistemləri sahəsində bilik və bacarıqlarını həm nümayiş etdirmək, həm də inkişaf etdirmək imkanı yaradan texnoloji yarışlardan biridir. Bu kateqoriyada iştirakçılar mühəndislik düşüncəsi, elektronika bilikləri və uçuş idarəetmə bacarıqlarından istifadə edərək müəyyən edilmiş qaydalara uyğun FPV dronlar hazırlayır və onları real vaxt rejimində idarə edirlər.

Yarış zamanı pilotlar xüsusi qurulmuş trayektoriya üzrə uçuş həyata keçirərək bayraqlar və maneələr arasından keçməklə maksimum sayda dövrə vurmağa çalışırlar. Bu proses iştirakçılarda sürət, dəqiqlik və koordinasiyanı tələb edən praktiki bacarıqları inkişaf etdirir.

FPV dron yarışları iştirakçılarda analitik və məntiqi düşünmə, problem həll etmə, strateji yanaşma və sürətli qərarvermə bacarıqlarını formalaşdırır. Eyni zamanda bu kateqoriya 4C bacarıqlarının — yaradıcılıq, tənqidi düşünmə, ünsiyyət və əməkdaşlığın — inkişafına töhfə verir, iştirakçılara real mühəndislik və texnoloji problemlərə innovativ həllər tapmaq imkanı yaradır.

Yaş limiti: 17–25 (1 noyabr 2026-cı il tarixinə qədər 17 yaşı tamam olan və 26 yaşı tamam olmayan şəxslər)

Tezliklə


1 iştirakçı 1 mentor

Qazanılan bacarıqlar
“FPV Drone Racing” kateqoriyası şagird və gənclərə pilotsuz uçuş sistemləri sahəsində bilik və bacarıqlarını həm nümayiş etdirmək, həm də inkişaf etdirmək imkanı yaradan texnoloji yarışdır. Bu kateqoriyada iştirakçılar dron quruluşu, elektronika inteqrasiyası və uçuş idarəetməsi üzrə biliklərindən istifadə edərək müəyyən edilmiş qaydalara uyğun FPV dronlar hazırlayır və onları real vaxtda idarə edirlər.

Yarış zamanı pilotlar xüsusi qurulmuş trayektoriya üzrə yüksək sürət və dəqiqliklə uçuş həyata keçirir, maneələrdən keçərək maksimum sayda dövrə vurmağa çalışırlar. Bu proses iştirakçılarda aerodinamika anlayışı, sistem optimizasiyası və texniki problemlərin operativ həlli kimi mühəndislik bacarıqlarını inkişaf etdirir.

Müsabiqənin əsas məqsədi iştirakçılarda elektronika, uçuş dinamikası, siqnal ötürülməsi və sistem sazlanması üzrə praktiki biliklərin formalaşdırılmasıdır. Eyni zamanda bu kateqoriya analitik və tənqidi düşünmə, sürətli qərarvermə, diqqət və koordinasiya kimi XXI əsr bacarıqlarının — yaradıcılıq, texnoloji savadlılıq, ünsiyyət və məsuliyyətin inkişafına töhfə verir. İştirakçılar real mühəndislik və pilotluq təcrübəsi qazanırlar.

Fənlərarası inteqrasiya

Riyaziyyat – Uçuş trayektoriyasının hesablanması, dövrələrin optimallaşdırılması, sürət və zamanın təhlili

Fizika – Qaldırıcı qüvvə, sürət, hava müqaviməti, enerji sərfiyyatı və batareya performansı

İnformatika – Flight controller proqramlaşdırılması, PID tənzimləmələri, siqnal emalı və sistem sazlanması

Coğrafiya / Strategiya – Trayektoriya seçimi, maneələr arasında optimal yolun müəyyən edilməsi, yarış strategiyasının qurulması

Tezlliklə