Fast and Furious
“Fast and Furious” kateqoriyası üzrə yarış 12-18 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarış robotların ağ sahədə qara xətti və ya qara sahədə ağ xətti müstəqil şəkildə sürətli izləməsi üçün nəzərdə tutulmuşdur. Sənaye sahəsində müstəqil xətt izləyən bu robotlar məhsulları davamlı olaraq daşımaq üçün istifadə olunur. Görüləcək iş - robotları verilən tapşırığı yerinə yetirəcək formada hazırlamaq və proqramlaşdırmaqdan ibarətdir.
Yaş limiti: 12–18 (1 noyabr 2026-cı il tarixinə qədər 12 yaşı tamam olan və 19 yaşı tamam olmayan şəxslər)
Tezliklə
2 şagird və 1 mentor
Qazanılan bacarıqlar
Robot hazırlanması: sensor, mikroçip, motor və enerji sistemlərinin inteqrasiyası
Elektronika və sxem dizaynı: motor sürücüləri, sensor bağlantısı, enerji dövrləri
Proqramlaşdırma: mikroidarəedici (məs. Arduino) ilə PID idarəetmə alqoritmləri
Sensorlarla iş: xətt izləyən optik sensorlar, rəng tanıma modulları
PID nəzarət: sürət, istiqamət və döngə sabitliyinin idarə olunması
Həndəsi analiz və hesablamalar: döngələrdə radius hesablama, optimal xətt təhlili
3D çap və lazer kəsim: gövdə və korpusun hazırlanması üçün dizayn və istehsal
Motor və reduktorlar: yüksək sürətli mühərriklər və ötürmə sistemləri ilə təcrübə
Mexaniki montaj və sınaq: robotun yığılması və test mərhələləri
Fənlərarası inteqrasiya
Riyaziyyat: məsafə, sürət, döngə radiusları və vaxt hesablamaları
Fizika: hərəkət qanunları, sürtünmə, qüvvə, enerji və kinetika
İnformatika: alqoritm qurma, mikroidarəedici proqramlaşdırması (C/C++)
Texnologiya: 3D modelləmə, lazer kəsim, mexaniki dizayn
Açıqlama Tarix Təqdimat sənədinin son yüklənmə tarixi Tezliklə Seçim turu Tezliklə Seçim turunun nəticələrini açıqlanması Tezliklə
- RoboGames kids
- Engineers of Future: Powered by AI
- VidX: AI Motion Challenge
- Robot Competition Junior
- Mechatronics
- RoboGames
- Boat Racing
- H2 Grand Prix PRO
- FlyTech
- Robot Competition Senior
- Deep Dive
- Rolling minds
- CubeSat
- Fast and Furious
- RoboSoccer
- Innovation and Entrepreneurship
- NextGen Creators
- Mini Sumo
- FPV Drone Racing
- FPV Drone Racing Yaş aralığı 13-17
- FPV Drone Racing Yaş aralığı 17-25
- Innovation and Entrepreneurship Yaş aralığı 13-17
- Innovation and Entrepreneurship Yaş aralığı 17-25