Deep Dive

“Deep Dive” kateqoriyası üzrə yarış 13-18 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Sualtı dronlar yarışının məqsədi gəncləri və texnologiya həvəskarlarını STEAM bacarıqlarını tətbiq etməyə, süni intellektlə təcrübə aparmağa, gələcəyin texnologiyalarının iş prinsiplərini araşdırmağa, mühəndislik təcrübələrini və müstəqil düşünmə qabiliyyətini inkişaf etdirərək nəticəyə nail olmağa təşviq etməkdir. Bu kateqoriyada iştirakçılar sualtı dronlarını hazırlayır və yarış zamanı suyun altında yerləşdirilən halqalardan keçərək finiş xəttinə çatırlar. İkinci mərhələdə isə iştirakçılar su altında təmizlik aparırlar.

Yaş limiti: 13-18 (1 dekabr 2025-ci ilə qədər 19 yaşı tamam olmayanlar, 1 noyabr 2025-ci ilə qədər 13 yaşı tamam olanlar)

Tezliklə

3 şagird və 1 mentor

Qazanılan bacarıqlar
“Deep Dive” texnoloji müsabiqəsinin məqsədi məktəbliləri və gənc texnologiya həvəskarlarını STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətləri üzrə bilik və bacarıqları mənimsəməyə, süni intellekt texnologiyalarını praktiki şəkildə tətbiq etməyə, müasir texnoloji sistemlərin iş prinsiplərini araşdırmağa və mühəndislik təcrübələri əsasında yaradıcı həllər formalaşdırmağa təşviq etməkdir. Eyni zamanda iştirakçılarda analitik düşüncə, problem həll etmə və komandada işləmə kimi XXI əsr bacarıqları da inkişaf etdirilir.

Müsabiqə müddətində iştirakçılara nəzəri və praktiki hazırlıq məqsədilə müvafiq təlimlər təşkil olunacaq, bu da onların layihələndirmə, proqramlaşdırma və ətraf mühitlə bağlı texnoloji həllər sahəsində biliklərini dərinləşdirməyə xidmət edəcəkdir.

Fənlərarası inteqrasiya

Fizika – hərəkət və qüvvə qanunları, maye mühitdə müqavimət və təzyiq anlayışları;

Riyaziyyat – ölçmələr, nisbət və miqyas, koordinat sistemində məkan analizləri;

İnformatika – idarəetmə alqoritmləri, sensor məlumatlarının toplanması və emalı;

Texnologiya  – texniki dizayn, mexaniki yığım, material seçimi və enerji mənbələrinin istifadəsi;
Biologiya – sualtı mühitin xüsusiyyətləri, təbiətin qorunması və dayanıqlı texnologiyaların tətbiqi.

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə