FlyTech

 “FlyTech” kateqoriyası üzrə yarış 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu kateqoriyanın əsası olan dron dizaynı, müasir texnologiyalardan biri - Pilotsuz Uçuş Aparatları sənayesinin aparıcı hissəsidir. Yarış çərçivəsində robototexnika bacarıqlarını inkişaf etdirən şagirdlər uçuş aparatları texnologiyalarını, onların proqram təminatını və müxtəlif innovativ sensorları öz ideyaları ilə birləşdirərək səmaya qaldırırlar. Beləliklə, iştirakçılar dronun dizayn edilməsi, onun hazırlanması, proqramlaşdırılıb havada uçuşunu öyrənirlər.

1 dekabr 2025-ci ilə qədər 17 yaşı tamam olmayanlar, 1 noyabr 2025-ci ilə qədər 13 yaşı tamam olanlar

Tezliklə

3 şagird və 1 mentor

Qazanılan bacarıqlar:
Dronların iş prinsipi və uçuş mexanikasının öyrənilməsi

Mikroprosessorlarla işləmə (məsələn: Arduino, ESP32 və s.)

Sensorlardan (GPS, giroskop, akselerometr, ultrasonik və s.) istifadə bacarığı

Dronların proqramlaşdırılması və simulyasiyası

Avtonom uçuş planlama və xəritələmə texnikaları

Təhlükəsiz uçuş və aviasiya qaydaları barədə bilik

Komanda ilə işləmə, problem həlli və layihə menecmenti

Fənlərarası inteqrasiya
Fizika: hərəkət, sürət, qüvvə, cazibə, aerodinamika

Riyaziyyat: koordinat sistemi, məsafə hesablamaları, funksiya qrafikləri

İnformatika və proqramlaşdırma: kodlaşdırma, alqoritmik düşüncə

Coğrafiya: xəritə üzərində koordinatların işlənməsi, GPS

Texnologiya : cihaz yığımı, dizayn və praktiki tətbiq

Kimya/Biologiya : ətraf mühitin monitorinqi (hava keyfiyyəti, temperatur və s.)

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə