Mechatronics

 “Mechatronics” kateqoriyası üzrə yarış 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Mexatronika müasir dünyada inkişaf etmiş mühəndislik sahəsinin qabaqcıl istiqamətlərindən biridir. Sürətlə təkmilləşən texnologiyalardan asılı olaraq bir çox sahə ilə əlaqəli olan mexatronika, demək olar ki, hər evdə istifadə olunan innovativ cihazların istehsalında tətbiq olunur. Bu yarışda şagirdlər mühəndislik və mexatronika bacarıqlarını nümayiş etdirərək STEAM əsaslı öyrənməni tətbiq edirlər. Paylanmış taxta, plastik və metal hissələrdən ibarət dəstlərdən yaradılmış enerji mənbəyi və sürücüsü olmayan kiçik prototiplər yarış stendində çıxış edir və ən yaxşı mühəndislik həllini sərgiləyən komanda qalib gəlir.

Yaş limiti: 13-17( 1 dekabr 2025-ci ilə qədər 17 yaşı tamam olmayanlar, 1 noyabr 2025-ci ilə qədər 13 yaşı tamam olanlar

2 şagird və 1 mentor

Qazanılan bacarıqlar
“Mexatronika” texnoloji müsabiqəsi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) sahələri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Mexatronikanın öyrənilməsi müasir texnologiyalarla işləyərək avtomatika, robototexnika və intellektual sistemlərin inkişafına töhfə vermək baxımından əhəmiyyətlidir. Bu sahə mühəndislik, elektronika və proqramlaşdırmanı birləşdirərək sənaye və gündəlik həyat üçün innovativ həllərin yaradılmasına imkan verir.

Bu kateqoriyanın məqsədi aşağıdakı bacarıqları formalaşdırmaqdır:
3D modelləşdirmə və rəqəmsal texnologiyalardan istifadə;
Elektron sistemlərin qurulması və elektronika sahəsinə aid detalları müəyyənləşdirmək bacarığı;
Hərəkətli və sabit mexaniki hissələrin hazırlanması və montajı;
3D printerdə detalların təyinatına uyğun hazırlanma qaydalarının öyrənilməsi;
Proqramlaşdırıla bilən platformalarda kodlaşdırma və layihələrin icrası;
Simsiz idarəetmə sistemləri ilə tanışlıq;
Thinkercad proqramı vasitəsilə müxtəlif layihələrin hazırlanması.

Fənlərarası inteqrasiya
Fizika – mexanika, qravitasiya müqaviməti, hərəkət qanunları, sürtünmə və mühərriklərin işləmə prinsipləri
Riyaziyyat – ölçmələr, məsafə-zaman-hərəkət əlaqələri, koordinat sistemində hesablamalar
İnformatika  – idarəetmə alqoritmləri, sensor məlumatlarının işlənməsi
Texnologiya  – dizayn, konstruktor yığımı, materialşünaslıq və enerji mənbələrinin tətbiqi

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə