NextGen Creators

“NextGen Creators”  kateqoriyası şagirdlərə mühəndislik və texniki bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək imkanı yaradır. Müsabiqə çərçivəsində iştirakçılar verilmiş texniki tələblərə uyğun olaraq möhkəm və funksional bir körpü modeli dizayn edəcək və inşa edəcəklər. Bu proses zamanı onlar mühəndislik prinsiplərinə əsaslanan hesablama və analitik düşünmə bacarıqlarından istifadə etməklə, innovativ və yaradıcı həllər təqdim edəcəklər.
Bu müsabiqənin əsas məqsədi şagirdlərin struktur mühəndisliyi sahəsində biliklərini praktik olaraq tətbiq etmələrinə imkan yaratmaq və onların analitik düşünmə, məkan təxəyyülü, problemlərin həlli və innovativ yanaşma bacarıqlarını inkişaf etdirməkdir. Bu kateqoriya iştirakçılara mühəndislik dizayn prinsiplərini öyrənmək, möhkəm və funksional konstruksiyalar yaratmaq, məntiqi düşünmə və yaradıcı planlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün əlverişli mühit təqdim edir.
Bundan əlavə, bu müsabiqə komanda işi, əməkdaşlıq, ünsiyyət və strateji planlaşdırma bacarıqlarını təşviq edərək şagirdlərin real dünya problemlərinə kompleks və yaradıcı yanaşmalar formalaşdırmasına kömək edir. Eyni zamanda, müsabiqə iştirakçılara tədqiqat aparmaq, mühəndislik sahəsində əsaslı qərarlar qəbul etmək və innovativ texnologiyalardan istifadə etmək bacarıqlarını inkişaf etdirmək üçün unikal bir öyrənmə mühiti təqdim edir.

Yaş limiti: 13-15 ( 1 dekabr 2025-cü ilə qədər 13 yaşı tamam olanlar. 1 noyabr 2025-cü ilə qədər 16 yaşı tamam olmayanlar.)

Tezliklə

2 şagird və 1 mentor

Qazanılan bacarıqlar
Şagirdlər 3D printerin iş prinsipi və optimal çap parametrləri ilə tanış olurlar. Nozzle temperaturu, qat qalınlığı və sürət kimi amillərin çap keyfiyyətinə təsirini öyrənirlər. Texniki problemləri müəyyən edir və onlar üçün effektiv həll yolları tətbiq edirlər. 3D modelləşdirmə proqramlarından istifadə bacarıqları inkişaf edir, məkan təfəkkürü, ölçü dəqiqliyi və simmetrik dizayn vərdişləri formalaşır. Prototiplərin planlaşdırılması zamanı tolerantlıq və montaj ardıcıllığı anlayışlarını mənimsəyirlər. Estetik və funksional dizayn arasında balans qurmağı öyrənirlər. Struktur gərginliklərini analiz edərək zəif nöqtələri təkmilləşdirirlər. Simulyasiya vasitəsilə yük bölgüsünü və dizayn ssenarilərini təhlil edirlər. Rəqəmsal və real test nəticələrini müqayisə edərək mühəndislik dəftərində qeyd aparırlar.

Fənlərarası inteqrasiya
Fizika
Tarazlıq, gərginlik, deformasiya və moment anlayışları. Material elastikliyi və ağırlıq mərkəzinin hesablanması.

Riyaziyyat
Parabol qrafikləri və koordinat geometriyası. Sahə, həcm və ölçü dəqiqliyi. Struktur dizayn və funksional modellər.

Texnologiya
Mexaniki birləşmələr və montaj üsulları. CAD proqramlarında dizayn və 3D çap üzrə təcrübə.

İnformatika 
Struktur simulyasiya və stress analizləri. Model üzərində optimallaşdırma və nəticələrin təhlili.

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə