“Imagination to reality” kateqoriyası üzrə yarış 13-15 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu kateqoriya şagirdlərin CNC lazer texnologiyalarından istifadə etməklə mühəndislik bacarıqlarını inkişaf etdirməsinə yönəlmişdir. Yarış iştirakçıları CAD proqramlarında rəqəmsal modellər hazırlayaraq lazer kəsmə texnologiyası vasitəsilə funksional və dəqiq maketlər yaratmalıdırlar. Bu prosesdə onlar dəqiqlik, istehsal strategiyaları və texnoloji tətbiqlər üzrə mühəndislik yanaşmalarını mənimsəyəcəklər. Məqsəd şagirdlərin rəqəmsal istehsalat və texniki yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.
Yaş limiti: 13-15 ( 1 dekabr 2025-cü ilə qədər 13 yaşı tamam olanlar. 1 noyabr 2025-cü ilə qədər 16 yaşı tamam olmayanlar.)
Tezliklə
2 şagird və 1 mentor
Qazanılan bacarıqlar
CAD dizaynı, CNC/CAM texnologiyaları, rəqəmsal modelləşdirmə, istehsalın idarə edilməsi, analitik düşüncə, problem həll etmə, funksional və estetik dizayn, rəqəmsal alətlərin istifadəsi, komanda işi, liderlik, zaman idarəçiliyi və texniki təqdimat
Fənlərarası inteqrasiya
Riyaziyyat – Ölçmə, miqyaslama, həndəsi fiqurlar, sahə və həcm, simmetriya; tətbiqi riyaziyyat üzrə bacarıqlar, dizayn prosesində ölçü və miqyaslara əsaslanan hesablamalar
Fizika – Lazer işığının yayılması, enerji çevrilməsi, materialların fiziki xüsusiyyətləri, struktur dayanıqlığı; enerji ötürülməsi, istilik təsirləri və dayanıqlıq məsələlərinin təhlili
İnformatika – CAD/CAM proqramları, fayl idarəetməsi, rəqəmsal interfeyslərin tətbiqi; texnoloji alətlərlə işləmə, interfeyslər vasitəsilə qərar vermə və rəqəmsal proseslərin idarə edilməsi
Texnologiya – İstehsalat mərhələləri, funksional model hazırlığı; problem təhlili, prototipləmə, sınaq və təkmilləşdirmə metodlarının tətbiqi
Təsviri incəsənət – Rəng harmoniyası; yaradıcı dizayn və estetika
Azərbaycan dili – Texniki yazı, şifahi təqdimat, texniki terminologiyanın istifadəsi; analitik yazı və nitq, vizual təqdimat bacarıqlarının inkişafı
Açıqlama | Tarix |
---|---|
Seçim turu | Tezliklə |
Seçim turunun nəticələrini açıqlanması | Tezliklə |