“H2 Pro Grand Prix Pro” kateqoriyası üzrə yarış 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Hidrogen maşınları şagirdlərin hidrogenlə işləyən avtomobilləri layihələndirdikləri, qurduqları və həmin maşınlarla yarışdıqları STEAM əsaslı yarış formatıdır. Bu yarış şagirdlərə gələcəyin bərpa olunan enerjisinin əsasında duran mühəndislik prinsipləri haqqında hərtərəfli məlumat təqdim edir. Yarış STEAM bacarıqlarını həm nəzəri, həm də praktiki öyrənmə yolu ilə inkişaf etdirir. Bu yarış üç sütuna əsaslanır - peşəkar alətlər, fərqli öyrənmə təcrübəsi və əyləncəli yarışlar.
Yaş limiti: 13-17 (1 dekabr 2025-ci ilə qədər 18 yaşı tamam olmayanlar. 1 noyabr 2025-ci ilə qədər 13 yaşı tamam olanlar.)
Tezliklə
3 şagird və 1 mentor
Qazanılan bacarıqlar
Şagirdlər hidrogen texnologiyası, alternativ enerji mənbələri və davamlı nəqliyyat sahəsində əsas anlayışlar qazanırlar.
Maşın dizaynı, mühəndislik prinsipləri və aerodinamik komponentlər haqqında bilikləri praktiki tətbiq etmə bacarığı formalaşır.
Komandalar enerji effektivliyi, mexaniki quruluş və yarış strategiyasına əsaslanaraq texniki analiz və optimallaşdırma aparmağı öyrənirlər.
Komanda üzvləri biznes plan hazırlayır, sponsorlarla əlaqə yaradır və maliyyə strategiyası qurur – bu da onları real dünya bazar münasibətlərinə hazırlayır.
Pit-stop proseslərini optimallaşdırmaqla sürətli qərarvermə, vaxtın idarə olunması və komanda içində koordinasiyanı inkişaf etdirirlər.
Tələbələr texniki hesabat, şifahi təqdimat və video təqdimat hazırlayaraq elmi ünsiyyət və təqdimat bacarıqlarını inkişaf etdirirlər.
Risk analizi, SWOT təhlili, marketinq strategiyası və layihə planlaması kimi biznes yönümlü bacarıqlar qazandırılır.
Fənlərarası inteqrasiya
Fizika
Enerji çevrilməsi, kinetik və potensial enerji, aerodinamika və hidrogenlə işləyən sistemlərin fiziki prinsipləri
Hərəkət qanunları, qüvvə və müqavimət anlayışlarının yarış performansına təsiri
Riyaziyyat
Hesablama və ölçmələr (uzunluq, çəki, enerji), dövrə başına enerji sərfiyyatı, statistik analizlər və qrafik quruluş
Vatt-saat, enerji sıxlığı və dövrə üzrə orta göstəricilərin hesablanması
Texnologiya
Hidrogen yanacaq elementləri, şassi dizaynı, mexaniki quruluşların yığılması və təhlili
Material seçimi, təhlükəsizlik və yarış normativlərinə uyğun prototiplərin hazırlanması
İnformatika
Yarış performansının simulyasiyası, enerji istifadəsinin izlənməsi, telemetriya sistemləri və məlumat təhlili
Açıqlama | Tarix |
---|---|
Seçim turu | Tezliklə |
Seçim turunun nəticələrini açıqlanması | Tezliklə |