“Boat Racing” kateqoriyası üzrə yarış 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Gəmi yarışı gəncləri və texnologiya həvəskarlarını STEAM bacarıqlarını tətbiq etməyə, süni intellektlə təcrübə aparmağa, gələcək texnologiyaların iş prinsiplərini araşdırmağa, mühəndislik təcrübələrini və müstəqil düşünmə qabiliyyətini inkişaf etdirərək nəticəyə nail olmağa təşviq edir. Bu yarışda iştirakçılar gəmi modeli hazırlayır, yarış zamanı suyun səthində onu idarə edir və maneələrdən keçərək finiş xəttinə çatırlar.
Yaş limiti: 13-17 (1 dekabr 2025-ci ilə qədər 18 yaşı tamam olmayanlar,1 noyabr 2025-ci ilə qədər 13 yaşı tamam olanlar.)
Tezliklə
3 şagird və 1 mentor
Qazanılan bacarıqlar
“Boat Racing” texnoloji müsabiqəsi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır. Müsabiqə çərçivəsində iştirakçılar su üzərində hərəkət edən gəmi modelini layihələndirir, hazırlayır və süni intellekt dəstəyi ilə idarə edirlər. Bu proses zamanı şagirdlər tətbiqi mühəndislik vərdişləri, proqramlaşdırma bilikləri və problem həll etmə bacarıqları üzrə praktiki təcrübə qazanırlar.
Müsabiqənin əsas məqsədi analitik və tənqidi düşünmə, yaradıcı yanaşma, tədqiqat aparma və komanda ilə işləmə kimi XXI əsr bacarıqlarını inkişaf etdirmək, eyni zamanda iştirakçıları real həyatla əlaqəli texniki və mühəndislik problemlərinin həllinə cəlb etməkdir. İştirakçılar sınaqlarla gəmi modelini müstəqil şəkildə idarə etməli və finiş xəttinə çatdırmalıdırlar.
Fənlərarası inteqrasiya
Fizika – mexanika, su müqaviməti, hərəkət qanunları, sürtünmə və mühərriklərin işləmə prinsipləri;
Riyaziyyat – ölçmələr, məsafə-zaman-hərəkət əlaqələri, koordinat sistemində hesablamalar;
İnformatika – idarəetmə alqoritmləri, sensor məlumatlarının işlənməsi;
Texnologiya – dizayn, konstruktor yığımı, materialşünaslıq və enerji mənbələrinin tətbiqi;
Biologiya – su ekosistemlərinin öyrənilməsi və dayanıqlı texnologiyaların tətbiqi.
Açıqlama | Tarix |
---|---|
Seçim turu | Tezliklə |
Seçim turunun nəticələrini açıqlanması | Tezliklə |