“Engineers of Future” kateqoriyasında iştirak edən şagirdlərə öz bacarıqlarını həm nümayiş etdirmək, həm də inkişaf etdirmək imkanı yaradılacaq. Bu kateqoriyada robotların köməyi ilə balaca mühəndislər tənqidi düşünmə, yaradıcılıq və problem həll etmə bacarıqlarından istifadə edərək qarşıya qoyulmuş problemlərin həllini tapacaqlar. Onlar əvvəlcə problemi analiz edəcək, daha sonra isə kodlaşdırma və robot texnologiyalarından istifadə edərək həll yollarını təqdim edəcəklər. Yarışın məqsədi şagirdlərin kodlaşdırma, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir. Bu kateqoriya erkən yaşlardan şagirdlərdə kodlaşdırma, məntiqi düşünmə, problem həll etmə və 4C (yaradıcılıq, tənqidi düşünmə, ünsiyyət, əməkdaşlıq) kimi önəmli bacarıqları təşviq edir. Həmçinin, tədqiqat və yaradıcılıq ruhunu dəstəkləyir, iştirakçıların robot texnologiyalarını öyrənməsinə, biliklərini möhkəmləndirməsinə və mühəndislik düşüncəsini inkişaf etdirməsinə kömək edir.
Yaş limiti: 1 dekabr 2025-ci il tarixinədək 11 yaşı tamam olmayan və 1 noyabr 2025-ci il tarixinədək 8 yaşı tamam olan ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Tezliklə
2 şagird və 1 mentor
Qazanılan bacarıqlar
Şagirdlər robotun sensorları və mexaniki hissələri vasitəsilə obyektləri avtonom şəkildə yönləndirmə bacarığı qazanırlar.
Proqramlaşdırma və strategiya qurma bacarıqları inkişaf etdirilir; kodun məntiqi quruluşu üzərində düşünmə və tətbiq bacarığı formalaşır.
Yarışda tənqidi və məntiqi düşünmə, problem həlletmə, yaradıcı yanaşma və komanda işinə əsaslanan fəaliyyətlər yer alır.
Şagirdlər Vincibot robotunun proqramlaşdırılması, rəng sensorlarının tətbiqi, mexaniki qolların dizaynı və obyektlərin yönləndirilməsi üzrə mühəndislik təcrübəsi əldə edirlər.
Qol mexanizmlərinin hazırlanması və test mərhələsində texniki planlama, prototipləşdirmə və iterasiya bacarıqları təkmilləşdirilir.
Rəqəmsal test nəticələri ilə real yarış nəticələrinin müqayisəsi aparılaraq mühəndislik qeydləri hazırlanır.
Yarış əsasında risk analizi, səmərəlilik və strategiya dəyərləndirməsi kimi real dünya mühəndislik bacarıqları təşviq olunur.
Fənlərarası inteqrasiya
Fizika
Hərəkət və qüvvə qanunları, enerji çevrilməsi və tarazlıq
Rənglərin fiziki detektorlarla tanınması və sensor texnologiyası
Riyaziyyat
Məkanda istiqamət, koordinat sistemləri və obyektlərin trayektoriyasının planlaşdırılması
Ölçü, məsafə və vaxt anlayışları arasında əlaqə qurma
İnformatika
Blok əsaslı proqramlaşdırma ilə robot idarəsi
Kodun strukturlaşdırılması və sensor məlumatlarının təhlili
Algoritmik düşüncə və sınaqdan keçirmə strategiyaları
Açıqlama | Tarix |
---|---|
Seçim turu | Tezliklə |
Seçim turunun nəticələrini açıqlanması | Tezliklə |