CubeSat

“CubeSat” kateqoriyası üzrə yarış 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarışda komandalar elektronika, proqramlaşdırma, simsiz xəbərləşmə və idarə etmə, alternativ enerjilər və dizayn bacarıqlarını birləşdirərək öz mini peyklərini hazırlayırlar. Verilən tapşırığı yerinə yetirib ən tez və çox məlumat göndərən komandalar qalib olur.

1 dekabr 2025-ci ilə qədər 17 yaşı tamam olmayanlar, 1 noyabr 2025-ci ilə qədər 13 yaşı tamam olanlar

Tezliklə

2 şagird və 1 mentor

Qazanılan bacarıqlar:
Arduino, Micro:bit, ESP32 kimi mikrokontrollerlərlə işləmə

Sensorlardan (temperatur, rütubət, qaz, təzyiq, GPS və s.) istifadə və məlumat toplama

LoRa, Wi-Fi, Bluetooth kimi simsiz rabitə texnologiyalarından məlumat ötürmə

Məlumatların qəbul edilməsi, saxlanması və vizuallaşdırılması

Mini “peyk” modelinin missiya simulyasiyası: məlumat toplamaq, ötürmək və analiz etmək

Tədqiqat bacarığı, hesabat yazma və komanda ilə işləmə

Fənlərarası inteqrasiya
Fizika: elektromaqnit dalğalar, sensorların iş prinsipi, temperatur, təzyiq

Riyaziyyat: ölçü vahidləri, sensor məlumatlarının emalı, qrafikləşdirmə

İnformatika: kodlaşdırma, verilənlərin emalı və ötürülməsi

Coğrafiya: GPS məlumatlarının istifadə edilməsi, koordinat sistemləri

Texnologiya: sistem inteqrasiyası, mikrokontrollerlərlə cihaz hazırlanması

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə