RoboSoccer

 “RoboSoccer” kateqoriyası üzrə yarış 10-16 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarış iştirakçılara mühəndislik və dizayn bacarıqlarından istifadə edərək öz robotlarını qurmanı və proqramlaşdırmanı təşviq edir. Yarış bir neçə robotdan ibarət olan komandanın birgə təşkil olunmuş fəaliyyətidir. İştirakçılar robotlarını idarə etməyə və təsadüfi seçilmiş komanda yoldaşlarının fəaliyyətini tədqiq edərək komanda işini təşkil etməyə imkan verən alqoritmlər  hazırlayırlar.

Yaş limiti: 10-16 (1 dekabr 2025-ci ilə qədər 17 yaşı tamam olmayanlar,  1 noyabr 2025-ci ilə qədər 10 yaşı tamam olanlar.)

Tezliklə

2 şagird və 1 mentor

Qazanılan bacarıqlar
“RoboSoccer” texnoloji müsabiqəsi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Müsabiqə çərçivəsində iştirakçılar futbol oyunu prinsiplərinə əsaslanan robotları layihələndirir, qurur və proqramlaşdıraraq idarə edirlər. Bu proses zamanı şagirdlər tətbiqi mühəndislik vərdişləri, proqramlaşdırma bilikləri və problem həll etmə bacarıqları üzrə praktiki təcrübə qazanırlar.

Müsabiqənin əsas məqsədi analitik və tənqidi düşünmə, yaradıcı yanaşma, tədqiqat aparma və komanda ilə işləmə kimi XXI əsr bacarıqlarını inkişaf etdirmək, eyni zamanda iştirakçıları real həyatla əlaqəli texniki və mühəndislik problemlərinin həllinə cəlb etməkdir. İştirakçılar sınaqlar zamanı robotları müstəqil şəkildə proqramlaşdırmalı və oyunda effektiv idarə edərək rəqib komandanın qapısına qol vurmağa çalışmalıdırlar.

Fənlərarası inteqrasiya

Fizika – mexanika, hərəkət qanunları, impuls və toqquşma prinsipləri, sürtünmə və enerji mübadiləsi;

Riyaziyyat – ölçmələr, məsafə-zaman-hərəkət əlaqələri, koordinat sistemində hesablamalar və məntiqi analiz bacarıqları;

İnformatika – idarəetmə alqoritmləri, sensor məlumatlarının işlənməsi və robotların proqramlaşdırılması;

Texnologiya  – dizayn, konstruktor yığımı, materialşünaslıq və texniki bacarıqların tətbiqi;

AçıqlamaTarix
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə