“İnnovasiya və sahibkarlıq” kateqoriyasında iki fərqli yaş qrupu müəyyənləşdirilmişdir.
Ümumi təhsil məktəblərini təmsil edən komandalar 13-17 yaş arası maksimum iki şagirddən və bir mentordan ibarət olmalıdır.
Bu yarış komandaların müəyyən mövzu ətrafında müxtəlif problemlər həll etdiyi, layihə hazırladığı, təqdimat apardığı və yarışdığı bir platformadır. Yarışın əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif məhsulların – proqram və alətlərin yaradılması, bununla da iştirakçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama, əməkdaşlıq və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.
13-17 yaş
( 1 dekabr 2025-ci ilə qədər 18 yaşı tamam olmayanlar, 1 noyabr 2025-ci ilə qədər 13 yaşı tamam olanlar)
17-25 yaş
( 1 dekabr 2025-ci ilə qədər 26 yaşı tamam olmayanlar, 1 noyabr 2025-ci ilə qədər 17 yaşı tamam olanlar)
2 iştirakçı və 1 mentor
Qazanılan bacarıqlar
Dayanıqlı və texnoloji gələcək: Bu kateqoriya sayəsində iştirakçılar gələcəyin əmək bazarının əsas tələblərindən olan innovasiya, süni intellekt, ağıllı sistemlər və ekoloji
texnologiyalar istiqamətlərində bacarıqlarını inkişaf etdirir;
İqtisadi və sosial innovasiyalara zəmin: Layihələr ölkə daxilində texnoloji sahibkarlığın inkişafına zəmin yarada, startap yönümlü ideyaların formalaşmasına və gələcək iş
yerlərinin yaranmasına töhfə verir;
Milli və beynəlxalq səviyyədə rəqabətə hazırlıq: Bu istiqamətdə yetişən gənclər beynəlxalq müsabiqələrə, təqaüd proqramlarına və texnologiya sahəsindəki qlobal
tədbirlərə qatılmaq üçün lazımi baza qazanır;
Təcrübəyə əsaslanan öyrənmə: İştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyərək, praktiki olaraq Arduino, Micro:bit və digər platformalardan istifadə etməyi öyrənir,
prototiplər hazırlamaqla təcrübə qazanır;
İnterdisiplinar yanaşma: Layihələrin hazırlanması zamanı texnologiya ilə yanaşı biologiya, fizika, kimya, coğrafiya, informatika, riyaziyyat və sosial fənlərə inteqrasiya edilir.
Bu, təhsilalanlarda fənlərarası düşüncə tərzini formalaşdırır;
Tədqiqat və innovasiya bacarığı: Layihə hazırlığı zamanı təhsilalanlar real problem araşdırması, hipotez qurma, test və analiz etmə kimi tədqiqat bacarıqlarını inkişaf etdirir;
Komanda işi və təqdimat bacarığı: İştirakçılar komanda şəklində işləmək, fikir mübadiləsi aparmaq, layihəni təqdim etmək və əsaslandırmaq təcrübəsi qazanır.
Fənlərarası və fənlərüstü inteqrasiya:
Biologiya – Ekosistemlər, onların qorunması, biomüxtəliflik;
Ekologiya - Ətraf mühitin qorunması;
Kimya – Ətraf mühitə mənfi təsir göstərən amillər, çirklənməyə səbəb olan kimyəvi maddələr;
Fizika - Alternativ eneji mənbələrinin qurulması və istifadəsi;
İnformatika - Süni intellekt və məlumatların emalı, verilənlərin təhlili və AI alqoritmləri ilə qərar qəbuletmə sistemləri;
Riyaziyyat – təcrübələr, sınaqların aparılması, eləcə də dizayn işlərində müxtəlif ölçmə və hesablamalar.
Mühəndislik və dizayn – layihələrin hazırlanması zamanı dizaynın verilməsi və müxtəlif prototiplərin qurulması; Sahibkalıq və maliyyə - Layihənin biznes potensialı
Açıqlama | Tarix |
---|---|
Seçim turu | Tezliklə |
Seçim turunun nəticələrini açıqlanması | Tezliklə |