“Submerged” kateqoriyası üzrə yarış 8-10 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bu yarış iştirakçıları praktiki STEAM öyrənməyə, robototexnika vasitəsilə sınaqdan keçirməyə və onlarda tənqidi düşüncə, kodlaşdırma və dizayn bacarıqlarını inkişaf etdirməyə ruhlandırır. Bundan başqa, yarışın əsas məqsədi iştirakçıların həm hazırlıq prosesində, həm də yarış zamanı əylənə bilməsidir.
Yaş limiti: 1 dekabr 2025-ci il tarixinədək 11 yaşı tamam olmayan və 1 noyabr 2025-ci il tarixinədək 8 yaşı tamam olan ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Tezliklə
2 şagird və 1 mentor
Qazanılan bacarıqlar
RoboGames yarışları çərçivəsində şagirdlər real problemlərin həllinə yönəlmiş mühəndislik, proqramlaşdırma və tənqidi düşünmə bacarıqları əldə edirlər. Yarış First LEGO League Challenge çərçivəsində “Submerged” mövzusuna əsaslanan robot oyunu üzərində təşkil olunur və iştirakçılar LEGO robotları vasitəsilə müxtəlif sualtı missiyaları simulyasiya edən tapşırıqları yerinə yetirirlər.
Şagirdlər LEGO SPIKE texnologiyası əsasında yaradılmış robotlardan istifadə edərək obyektləri tanımaq, istiqamətlənmək və avtonom şəkildə tapşırıqları icra etmək bacarıqlarını inkişaf etdirirlər. Proqramlaşdırma mərhələsində blok əsaslı kodlaşdırma mühitində məntiqi düşünmək, planlama aparmaq və funksional kod strukturları qurmaq öyrədilir.
Bununla yanaşı, şagirdlər kodlaşdırma ilə paralel olaraq taktiki qərarvermə, tapşırıqları prioritetləşdirmə və yarış zamanı yaranan problemləri çevik şəkildə həll etmə kimi mühüm mühəndislik vərdişlərini mənimsəyirlər. Hər bir komanda öz robotunu sınaqlardan keçirir, performansını qiymətləndirir və ehtiyac olduqda təkmilləşdirmələr aparır.
RoboGames çərçivəsində iştirakçılar komanda işi, əməkdaşlıq və liderlik bacarıqlarını da inkişaf etdirirlər. Real mühəndislik proseslərini təqlid edən tapşırıqlarda prototipləşdirmə, test və iterasiya mərhələləri sistemli şəkildə tətbiq olunur. Eyni zamanda şagirdlər sənədləşdirmə və texniki hesabat bacarıqlarını da təkmilləşdirirlər.
Fənlərarası inteqrasiya
Fizika
Hərəkət, qüvvə və fırlanma momenti anlayışlarının robot mexanizmlərində tətbiqi
Sensorlardan alınan işıq, rəng və məsafə məlumatlarının texniki reaksiyaya çevrilməsi
Enerji çevrilmələri və sualtı tarazlıq modellərinin praktiki izahı
Riyaziyyat
Trajektoriyaların planlaşdırılması və koordinat sistemlərində işləmə
Məsafə, bucaq və zaman parametrləri əsasında riyazi modellərin qurulması
Sınaq nəticələrinin statistik təhlili və kodların optimallaşdırılması
Texnologiya
Modul əsaslı robotların qurulması və tapşırıqlara uyğun dizayn edilməsi
Avtonom davranış sistemlərinin kodlaşdırılması və mərhələli test olunması
Prototiplərin yaradılması və davamlı inkişaf üçün iterasiya yanaşması
İnformatika
Blok əsaslı proqramlaşdırma mühitində məntiqi və strukturlaşdırılmış düşüncə bacarığı
Sensor məlumatlarının oxunması və qərarvermə prosesinə daxil edilməsi
Algoritmik yanaşma ilə funksional və səmərəli proqram dizaynı
Açıqlama | Tarix |
---|---|
Seçim turu | Tezliklə |
Seçim turunun nəticələrini açıqlanması | Tezliklə |