Engineers of Future

“Engineers of Future” kateqoriyasında iştirak edən şagirdlərə öz bacarıqlarını həm nümayiş etdirmək, həm də inkişaf etdirmək imkanı yaradılacaq. Bu kateqoriyada robotların köməyi ilə balaca mühəndislər tənqidi düşünmə, yaradıcılıq və problem həll etmə bacarıqlarından istifadə edərək qarşıya qoyulmuş problemlərin həllini tapacaqlar. Onlar əvvəlcə problemi analiz edəcək, daha sonra isə kodlaşdırma və robot texnologiyalarından istifadə edərək həll yollarını təqdim edəcəklər. Yarışın məqsədi şagirdlərin kodlaşdırma, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir. Bu kateqoriya erkən yaşlardan şagirdlərdə kodlaşdırma, məntiqi düşünmə, problem həll etmə və 4C (yaradıcılıq, tənqidi düşünmə, ünsiyyət, əməkdaşlıq) kimi önəmli bacarıqları təşviq edir. Həmçinin, tədqiqat və yaradıcılıq ruhunu dəstəkləyir, iştirakçıların robot texnologiyalarını öyrənməsinə, biliklərini möhkəmləndirməsinə və mühəndislik düşüncəsini inkişaf etdirməsinə kömək edir.

Yaş limiti: 8-10 (1 dekabr 2025-ci ilə qədər 11 yaşı tamam olmayanlar. 1 noyabr 2025-ci ilə qədər 8 yaşı tamam olanlar.)

Tezliklə

2 şagird və 1 mentor

AçıqlamaTarix
Yarış üçün son müraciət tarixi.Tezliklə
Seçim turuTezliklə
Seçim turunun nəticələrini açıqlanmasıTezliklə