"VidX: AI Motion Challenge" üzrə seçim mərhələsi

Beynəlxalq STEAM Azərbaycan Festivalının ən rəngarəng kateqoriyalarından biri olan "VidX: AI Motion Challenge" üzrə seçim mərhələsi keçirilib. Bu kateqoriya üzrə ümumilikdə 129 komanda qeydiyyatdan keçmiş, onlardan 67-si ilkin mərhələni uğurla tamamlayaraq seçim turunda iştirak hüququ qazanmışdır.

Seçim turunda iştirakçılar “İnsan Yer kürəsində“ mövzusuna uyğun olaraq rəsm əsərləri təqdim ediblər. Jüri tərəfindən qiymətləndirmə başa çatdıqdan sonra final mərhələsinə vəsiqə qazanan komandaların siyahısı www.saf.steam.edu.az saytında dərc olunacaq.

Bütün iştirakçılara bir daha uğurlar arzulayırıq!