Submerged vəEngineers of Future yarış kateqoriyaları üzrə seçim mərhələsi keçirilib.

28 sentyabr tarixində ölkənin müxtəlif bölgələrində Beynəlxalq STEAM Azərbaycan Festivalının "Submerged" və "Engineers of Future" yarış kateqoriyaları üzrə seçim mərhələsi keçirilib. "Engineers of Future" yarış kateqoriyası üzrə ümumilikdə 330 komanda qeydiyyatdan keçmiş, 300 komanda seçim turunda iştirak etmiş, "Submerged" yarış kateqoriyası üzrə isə 110 komanda qeydiyyatdan keçmiş, onlardan 103-ü seçim turunda iştirak etmişdir.
Seçim turunda iştirakçılar ümumi dünya görüşü, məntiq və informatika biliklərini yoxlamaq üçün müxtəlif test tapşırıqlarını yerinə yetiriblər.
Jüri tərəfindən ballar hesablandıqdan sonra final mərhələsinə vəsiqə qazanan komandaların siyahısı www.saf.steam.edu.az saytında dərc olunacaq.
Bütün iştirakçılara bir daha uğurlar arzulayırıq!