STEAM’ool Olimpiadası

STEAM’ool Olimpiadası müasir təhsil yanaşmalarına əsaslanaraq şagirdlərin elmi, texnoloji və yaradıcı bacarıqlarını qiymətləndirmək məqsədi daşıyan bilik yarışıdır. Olimpiadanın məqsədi məktəblilərdə analitik və tənqidi düşünmə, problem həlli, innovativ yanaşma və texnologiyadan effektiv istifadə bacarıqlarını inkişaf etdirməkdir.
İştirakçılar Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat (STEAM) istiqamətlərini əhatə edən test tapşırıqları vasitəsilə biliklərini nümayiş etdirirlər. STEAM’ool Olimpiadası müxtəlif yaş qruplarından olan şagirdlər üçün bərabər iştirak imkanı yaradaraq, onların XXI əsr bacarıqlarını və elmi yaradıcılığa marağını inkişaf etdirməyə yönəlmişdir.