Bu kateqoriyada iştirakçılar Tello Edu dronları ilə həm dronları idarəetmə həm də proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.Yarış iki mərhələdən ibarət olacaq.Birinci mərhələdə iştirakçılar dronlarını manual (əl ilə) olaraq idarə edərək maneələrlə dolu sahədə müəyyən edilmiş marşrut boyunca maneələri keçərək tapşırığı icra edəcəklər.İkinci mərhələdə isə iştirakçılar dronlarını proqramlaşdıraraq avtonom olaraq uçurtmalıdırlar.Avtonom uçuş rejimində dronlar maneələrlə dolu sahədə müəyyən edilmiş marşrut boyunca maneələri keçərək tapşırığı icra etməlidirlər.
Ümumi məlumat:
1) Müsabiqədə 3 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 2 şagird.Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər.Hər şagird yalnız bir komanda tərkibində iştirak edə və yalnız bir kateqoriya üzrə yarışa bilər.
2) Müsabiqədə 12-14 yaş arası orta məktəb şagirdləri iştirak edə bilər.
3) Qeydiyyat 31 oktyabr 2022-ci il tarixinə qədər davam edəcək.
4) Müsabiqə haqqında məlumat və qaydalar ilə tanış ola bilərsiniz. -- PDF - V1
5) Seçim mərhələsi 1-12 noyabr tarixlərində Bakı və bölgələrdə STEAM Mərkəzlərində təşkil ediləcək.
1 noyabr tarixində komandalara yerləşdiyi bölgəyə uyğun olaraq seçim mərhələsinin yeri və tarixi haqqında məlumat veriləcək.
Seçim mərhələsinin qaydaları haqqında məlumatı linkdən əldə edə bilərsiniz - https://we.tl/t-QfQ5y4bO6v
6) Final Turuna keçən komandaların siyahısı - PDF
7) Final mərhələsinin qaydaları - PDF