Dream World - Xəyal Dünyası (Ibtidai Təhsil)

Bu kateqoriyada iştirakçılar Lego hissələrindən istifadə edərək əlillərin həyat şəraitini yaxşılaşdıracaq və ya iqlim problemlərinin həllinə yönəlmiş həlləri özündə birləşdirən şəhərlər planlayaraq quracaqlar. Şagirdlər layihələrini qrup halında hazırlayacaq və təqdim edəcəklər. 

 

Ümumi məlumat:

1) Müsabiqədə 4 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 3 şagird. Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər. Hər şagird yalnız bir komanda tərkibində iştirak edə və yalnız bir kateqoriya üzrə yarışa bilər.

 

2) Müsabiqədə yalnız 7-10 yaşlı ibtidai sinif şagirdləri iştirak edə bilərlər.

 

3) Qeydiyyat 31 oktyabr 2022-ci il tarixinə qədər davam edəcək.

 

4) Müsabiqə haqqında məlumat və qaydalar ilə tanış ola bilərsiniz. --  PDF - V1 

 

5) Seçim turları bölgələr üzrə 1- 10 noyabr 2022-ci il tarixlərində keçiriləcək. Məkan və saat haqqında məlumat komandalara öncədən veriləcək. Seçim turunun tapşırığı kateqoriya üzrə yarış tapşırıqlarının eynisi olacaq. Robotlar seçim turuna hazır vəziyyətdə olmalıdır.

 

6) Final Turuna keçən komandaların siyahısı - PDF