Survivor - Axtarış və xilasetmə (Məktəb 15-17)

Təbii fəlakətlər insan və ictimai həyatına mənfi təsir göstərən təbii hadisələrdir. Bunlara zəlzələlər, daşqınlar, meşə yanğınları, tufanlar, uçqunlar və s. daxildir. İnsanların təhlükəsiz bildiyi binaları dağıntıya çevirən bu təbii hadisələr nəticəsində bu ərazilərdə yaşayan insanlar zərər çəkə bilər.

Robot texnologiyası bu zərər çəkənlərin tapılması və xilas edilməsində mühüm rol oynamağa başlamışdır. Gəlin, LEGO® Education Midnstorms Ev3 və ya LEGO® Education SPIKE™ Prime dəstləri ilə təbii fəlakətdən sonra zərər çəkən təbii fəlakət qurbanlarını tapacaq və onları təhlükəsiz xilasetmə zonasına aparacaq robot dizayn edək və proqramlaşdıraq.

 

Ümumi məlumat:

1) Müsabiqədə 4 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 3 şagird .Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər, hər şagird yalnız bir komanda tərkibində istirak edə bilər və yalnız bir kateqoriya üzrə yarışa bilər.

 

2) Müsabiqədə 15-18 yaşlı orta məktəb şagirdləri iştirak edə bilərlər.

 

3) Qeydiyyat 31 oktyabr 2022-ci il tarixinə qədər davam edəcək.

 

4) Müsabiqə haqqında məlumat və qaydalar ilə tanış ola bilərsiniz. YENİLƏNİB -- PDF - V2 

 

5) Seçim turları bölgələr üzrə 1- 10 noyabr 2022-ci il tarixlərində keçiriləcək. Məkan və saat haqqında məlumat komandalara öncədən veriləcək. Seçim turunun tapşırığı kateqoriya üzrə yarış tapşırıqlarının eynisi olacaq. Robotlar seçim turuna hazır vəziyyətdə olmalıdır.

 

6) Final Turuna keçən komandaların siyahısı - PDF