Hakaton (ing. Hackathon) — haker neologizmi, proqramçıların (komandanın) birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama, əməkdaşlıq və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.
Ümumi məlumat:
1) Müsabiqədə 4 nəfərdən ibarət komandalar iştirak edə bilərlər: 1 layihə rəhbəri və 3 şagird (tələbə). Layihə rəhbəri eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik edə bilər, hər şagird yalnız bir komanda tərkibində istirak edə bilər və yalnız bir kateqoriya üzrə yarışa bilər.
2) Müsabiqədə 14-17 yaşlı orta məktəb şagirdləri iştirak edə bilərlər.
3) Qeydiyyat 31 oktyabr 2022-ci il tarixinə qədər davam edəcək.
4) Qeydiyyat bitdikdən sonra komandalara seçim mərhələləri haqqında məlumat veriləcək.
5) Müsabiqə haqqında məlumat və qaydalar ilə tanış ola bilərsiniz. -- PDF - V1
6) Final Turuna keçən komandaların siyahısı - PDF